Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıdakı abidələrlə bağlı monitorinqlərə başlanılıb, məlumat lövhələri dəyişdiriləcək

© SputnikSəməd Vurğununun kiril əlifbası ilə yazılmış lövhəsi
Səməd Vurğununun kiril əlifbası ilə yazılmış lövhəsi - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib
BAKI, 11 aprel — Sputnik. Bakıdakı bəzi abidələrin üzərindəki məlumat lövhələri yeniləri ilə əvəzlənəcək.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Xidməti Bakı şəhərində yerləşən tarix-memarlıq abidələrinin mühafizəsinin gücləndirilməsi, abidələrə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə monitorinq aparır. Eyni zamanda bir müddət öncə paytaxtda yerləşən tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələri də monitorinq edilir.
Aparılan monitorinqlər nəticəsində bəzi tarix-mədəniyyət abidələrinə vurulan məlumat lövhələrinin vurulma texnikası, orada yer alan məlumatlarla bağlı qeyri-dəqiq faktlar aşkar olunub, habelə bəzi abidələrin mühafizəsinin düzgün qurulmadığı müəyyən edilib. Hazırda qeyd olunanları nəzərə almaqla məlumat lövhələrində yer alan informasiyaların təhlil edilərək dəqiqləşdirilməsi, əlavə məlumatların daxil edilməsi və yenilənməsi üçün tədbirlər görülür, həmçinin mühafizə işinin gücləndirilməsi istiqamətində addımlar atılır.
Dövlət Xidmətindən qeyd olunub ki, abidələrin üzərindən məlumat lövhələrinin çıxardılması binanın abidə statusunun itirilməsi deyil, bu lövhələrdə aşkar edilmiş nöqsanlarla bağlıdır. Bu lövhələr araşdırmalar bitdikdən sonra yeniləri ilə əvəzlənəcək.
Xəbər lenti
0