Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: İngiltərə uran tərkibli mərmi tədarükü ilə Ukraynanı məhv etmək istəyir

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidОфициальный представитель Министерства иностранных дел России Мария Захарова
Официальный представитель Министерства иностранных дел России Мария Захарова - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Rusiya lideri bildirib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var.
BAKI, 10 aprel — Sputnik. Böyük Britaniya Kiyevi uran tərkibli silah-sursatlarla təmin etməklə Ukrayna ərazisini məhv etmək istəyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz "Telegram" kanalında yazıb.
O, İngiltərənin Müdafiə Nazirliyinin bu cür tərkibli mərmilərin hərbçilərin sağlamlığına təsirinin "az olacağı ehtimalını" bildirməsinə diqqət çəkib.
"Britaniya Ukraynaya uran tərkibli silah-sursatları tədarük etməklə bu ərazisini məhv edib kimsəsiz bir əraziyə çevirmək istəyir", - deyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Bu yaxınlarda Zaxarova bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Qərbin Ukrayna Silahlı Qüvvələrinə uran tərkibli mərmilərinin tədarükü tarixində müstəqil oyunçu deyil.
İngiltərə Lordlar Palatasının üzvü, Böyük Britaniyanın müdafiə nazirinin müavini Annabel Qoldi martın 21-də Londonun Kiyevə "uran tərkibli silah sursat, həmçinin zirehli sursatlar" göndərəcəyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın uran tərkibli mərmilərə cavab verəcək çox şeyi var.
Xəbər lenti
0