DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynanın hava hücumundan müdafiə raketləri mayın 3-dək tükənəcək

© Sputnik / Mediabanka keçidZRK
ZRK - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
"The Wall Street Journal" nəşri Pentaqonun internetə sızan sənədlərinə istinadən yazıb ki, Ukrayna indiki istifadə tempində "Buklar"ın raket ehtiyatını aprelin 13-dək, S-300-lərin raket ehtiyatını isə mayın 3-ə kimi tam tükəndirəcək.
BAKI, 10 aprel — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) mayın 3-dək hava hücumundan müdafiə sistemləri üçün silah-sursatlarını tükədə bilər.
Bu barədə ABŞ-ın "The Wall Street Journal" nəşri Pentaqonun internetə sızan sənədlərinə istinadən qeyd edib.
"Ukrayna indiki istifadə tempində "Buklar"ın raket ehtiyatını aprelin 13-dək, S-300-lərin raket ehtiyatını isə mayın 3-ə kimi tam tükəndirəcək", - nəşrdə deyilir.
Bu yaxınlarda məlum olub ki, ABŞ Müdafiə Nazirliyi sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və Şimali Atlantika Alyansının Ukrayna ordusunu gücləndirmək planlarını təsvir edən məxfi materialların sızması faktını araşdırır. Zelenskinin ofisi sızan sənədlərin fotoşop olduğunu bildirib.
Daha sonra "The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb. Pentaqon bu barədə mediada yayılan məlumatları araşdırır.
Aprelin 10-da Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində Ukraynanın on bir PUA-sını və iki "HIMARS" reaktiv yaylım atəşi sistemi mərmisini məhv edib.
Xəbər lenti
0