CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Narkotikin təsiri altında olan sürücülər qorxu saçmağa davam edirlər

© Depositphotos.com / AmixstudioNarkotik
Narkotik - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
"Opel" markalı avtomobilin sürücüsü İlqar Cəfərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
BAKI, 10 aprel — Sputnik. Qubada narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Opel" markalı avtomobilin sürücüsü İlqar Cəfərov yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. İ.Cəfərovun barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən həmin şəxs inzibati qaydada həbs olunub.
Xatırladaq ki, bir müddət öncə Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü İran vətəndaşı narkotik maddənin təsiri altında avtobus idarə etdiyi üçün saxlanılıb. Bundan əvvəl isə Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Ford Tranzit" markalı yük avtomobilinin sürücüsü Bəxtiyar Əskərovun narkotik vasitənin təsiri altında olduğu təsdiqlənib.
Xəbər lenti
0