Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərpaşa Nemətov son mənzilə yola salınıb

© Sputnik / Murad OrujovAzərpaşa Nemətov
Azərpaşa Nemətov - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Akademik Milli Dram Teatrının bədii rəhbəri İkinci Fəxri xiyabanda dəfn olunub.
BAKI, 10 aprel — Sputnik. Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov dəfn olunub.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
***
Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azərpaşa Nemətovla vida mərasimi keçirilib. Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
Vida mərasiminin ardından cənazə İkinci Fəxri xiyabana aparılacaq və orada dəfn olunacaq.
Xatırladaq ki, Azərpaşa Nemətov dünən 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.
Qeyd edək ki, Azər Paşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Konservatoriyasında, dünyaşöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində mahnılar da bəstələyib, amma gözlənilmədən yaradıclıq istiqmətini dəyişib. 1965-ci ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə dqəbul olub. Məşhur rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında assistent-müəllim işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq teatrında çalışıb. 1977-ci ildə Bakıya qayıdaraq Gənc Tamaşaçılar Teatrında rejissor və baş rejissor işləyib.
1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru işləyib. 1991 və 1996-cı illərdə isə Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri seçilib. 2015-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktoru idi.
1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2022-ci ildə "Şərəf" ordenlərinə layiq görülüb.
Xəbər lenti
0