DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ İsraili Ukraynaya hücum silahı verməyə məcbur etməyi planlaşdırıb

© AP Photo / Leo CorreaUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
"The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb.
BAKI, 10 aprel — Sputnik. İsrailin Ukraynaya hücum silahlarının tədarükü ssenariləri ilə bağlı Pentaqonun internetə sızan sənədləri nəzərdən keçirilir.
Bu barədə Rusiya mediası xəbər verib.
"İsrail: Ukraynaya ölümcül silah yardımının göstərilməsi yolları" ilə bağlı gizli sənəddə bildirilir ki, Təl-Əviv "ABŞ-ın artan təzyiqi altında və ya Rusiya ilə münasibətlərin pisləşməsi halında ölümcül yardımın göstərilməsini nəzərdən keçirəcək".
Məlum olub ki, ABŞ Müdafiə Nazirliyi sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və Şimali Atlantika Alyansının Ukrayna ordusunu gücləndirmək planlarını təsvir edən məxfi materialların sızma faktını araşdırır. Zelenskinin ofisi sızan sənədlərin fotoşop olduğunu bildirib.
Bu yaxınlarda "The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb. Pentaqon bu barədə mediada yayılan məlumatları araşdırır.
Xəbər lenti
0