Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ "Şimal axınları"nı partlatmaqla Rusiyanı şantaj etmək istəyib

© AFP 2023 / TOBIAS SCHWARZ"Şimal axınları"
Şimal axınları - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Herşin sözlərinə görə, ABŞ hökuməti Rusiyanı Ukraynadakı status-kvonu qoruyub saxlamağa inandırmaq istəyib, lakin "ya bizimləsən, ya da bizə qarşı" prinsipi ilə hərəkət edərək inandırmağı bacarmayıb.
BAKI, 10 aprel — Sputnik. ABŞ Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) qarşısını almaq üçün "Şimal axınları"nda təxribat törətməklə Rusiyanı şantaj etmək istəyib.
Bunu amerikalı jurnalist Seymur Herş "Tichys Einblick" jurnalına müsahibəsində qeyd edib.
"İdeya Putinə "Əgər siz Ukrayna ilə sərhədi keçsəniz, qaz boru kəmərlərini partladacağıq" demək olub", -deyən jurnalist bu fikrin çox güman ki, 2021-ci il Milad bayramı ərəfəsində ortaya çıxdığını vurğulayıb.
Herşin sözlərinə görə, ABŞ hökuməti Rusiyanı Ukraynadakı status-kvonu qoruyub saxlamağa inandırmaq istəyib, lakin "ya bizimləsən, ya da bizə qarşı" prinsipi ilə hərəkət edərək inandırmağı bacarmayıb.
Jurnalist qeyd edib ki, 2022-ci ilin yayında NATO təlimləri zamanı "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin altına partlayıcı maddələr ABŞ dalğıcları tərəfindən yerləşdirilib.
Xatırladaq ki, terror aktı ötən il sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Xəbər lenti
0