Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kollektiv Qərb Rusiya prezidentinin açıqlamalarına təmkinsiz reaksiya verir - Peskov

© Sputnik / Владимир АстапковичRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 09.04.2023
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, kollektiv Qərb nədənsə burada, Avropada, ölkəmizin ətrafında yerləşən ABŞ nüvə silahlarını xatırlatmağa meylli deyil.
BAKI, 9 aprel - Sputnik. Qərb ABŞ-ın Avropadakı nüvə silahlarını xatırlamır, lakin Rusiyanın Belarusda belə silahlar üçün anbarlar yaratmaq planlarına isterik reaksiya verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalına müsahibəsində deyib.

“Kollektiv Qərb nədənsə burada, Avropada, ölkəmizin ətrafında yerləşən ABŞ nüvə silahlarını xatırlatmağa meylli deyil, lakin bu halda onlar bizim taktiki nüvə silahları üçün anbarlar tikmək planlarımıza isterik reaksiya nümyiş etdirirlər”, - Kremlin sözçüsü jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir PutinAleksandr Lukaşenko arasında Moskvada keçirilən danışıqlarda nüvə silahı mövzusunu müzakirə etmələrini şərh edən Peskov əlavə edib:
“Bəli, bu, indi çox vacib mövzudur. Biz kollektiv Qərbin Rusiya prezidentinin açıqlamalarına çox təmkinsiz reaksiyasını görürük”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0