Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM deyir "olmaz!", şagirdlər isə eşitmir - imtahanda 5 nəfərdə mobil telefon aşkarlanıb

CC0 / rieo / JeansCins şalvarın cibində mobil telefon
Cins şalvarın cibində mobil telefon - Sputnik Azərbaycan, 1920, 09.04.2023
Abunə olmaq
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə sənədləri ilə diqqətli olmaları tövsiyə olunub.
BAKI, 9 aprel -Sputnik. Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 5 nəfərdə mobil telefon aşkarlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Həmin şagirdlər imtahandan xaric ediliblər.

"İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0