NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

SOCAR və BOTAŞ Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb

© AFP 2023 / ASAAD NIAZIГаз
Газ - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Azərbaycan Türkiyənin bölgədə qaz ixracatı mərkəzinə çevrilməsini dəstəkləyir.
BAKI, 8 aprel - Sputnik. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR dövlət şirkətləri Avropaya qaz satmaq üçün birgə şirkət yaradıb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
O qeyd edib ki, Azərbaycan Türkiyənin bölgədə qaz ixracatı mərkəzinə çevrilməsini dəstəkləyir.
“Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik. Xəzər ətrafındakı ölkələrin demək olar ki, hamısı qaz ehtiyatları olan ölkələrdir. Biz Xəzərin şərqindəki ehtiyatları Xəzərin qərbinə çatdırmaq üzərində işləyirik”, - deyə o vurğulayıb.
Xəbər lenti
0