Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dünya universitetləri arasında 6979-cu: Azərbaycan həkimləri hansı şəraitdə yetişir?

© Sputnik / Sabina AliyevaAzərbaycan Dövlət Tibb Universiteti
Azərbaycan Dövlət Tibb Universiteti - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
ATU "Erasmus+", "Mevlana" və "Orhun" kimi mübadilə proqramları mövcud olsa da, ekspert düşünür ki, onun dünyanın digər aparıcı ölkələrinin universitetləri ilə ayaqlaşması üçün tədqiqatlara və pula ehtiyacı var.
BAKI, 8 aprel — Sputnik. Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı bildirib ki, Azərbaycanda tibb təhsilini xarici ölkələrin təcrübəsinə uyğunlaşdırmaq lazımdır.
Onun fikrincə, gələcəkdə tibb təhsilində olan bölgülərin (rezidentura və doktorantura) yeri müəyyənləşdirilməlidir. Çünki hazırda bəzi ölkələrdə 6 illik tibb təhsili magistraturaya bərabərdir.
ATU-nun dünya universitetləri ilə ayaqlaşması üçün nələrin edilməsinə ehtiyac var?
Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni rektorun gəlişindən sonra universitetdəki neqativ halların əksəriyyəti aradan qaldırılıb: "İmtahan sistemi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu tələbər arasında hətta İngiltərədən gəlib təhsil alanlar da var. Amma yenə də deyə bilmərəm ki, bizdə təhsil dünya səviyyəsindədir".
Ekspertin fikrincə, ATU-nun dünyanın digər aparıcı ölkələrinin universitetləri ilə ayaqlaşması üçün tədqiqatlara da ehtiyacı var:
"Dünya səviyyəsində reytinqdə təkcə keyfiyyət deyil, həm də universitetin tədqiqat səviyyəsi nəzərə alınır. Reytinqdə öndə olan universitetlər həm də tədqiqat mərkəzləridir. Etiraf edək ki, tədqiqata görə ATU geridə qalır. Bunun üçün də müasir avadanlıqlar, mütəxəssislər olmalıdır. Lakin onu da nəzərə alaq ki, Harvard, Oksford universitetlərinin büdcəsi ATU-dan dəfələrlə böyükdür".
"Necə olur ki bizim alimlər başqa ölkələrdə uğur qazana bilir, burada yox?" sualını cavablandırarkən A.Qeybulla deyib:
"Çünki orada imkanlar, şərait başqadır. ATU publik-hüquqi şəxsdir. Şərait də ancaq daxili resurslar hesabına yaradılmalıdır".
Mübadilə proqramlarından danışan həmsöhbətimiz bildirir ki, ATU-da az da olsa belə proqramlar var. Amma bütün bu işlər maliyyə tələb edir.
ATU-nun nə qədər tələbə mübadilə proqramı var, nə qədər şəxs bu proqrama cəlb olunub?
ATU-nun mətbuat xidmətindən bildirilib ki, hazırda universitetdə 3 mübadilə proqramı mövcuddur: "Erasmus+", "Mevlana" və "Orhun" mübadilə proqramları mövcuddur. 7 universitetlə imzalanmış Erasmus+ müqaviləsi var. Bunlar Türkiyənin "Biruni Universiteti", "Lokman Hekim Universiteti", "Anadolu Universiteti", Yunanıstanın "Aristotel Universiteti", Polşanın "Lazarski Universiteti", Litvanın "Sağlamlıq Elmləri Universiteti", Ruminiyanın "Apollonia Universiteti"dir. Ümumiyyətlə, bu istiqamətdə bir neçə universitetlərlə danışıqlar aparılır. 01.02.2023-cü il tarixindən etibarən II Müalicə profilaktika fakültəsinin tələbəsi Vahidi Səid Litva Sağlamlıq Elimləri Universitetində ERASMUS+ mübadilə proqramı çərçivəsində təhsilini davam etdirir. "Orhun" proqramı çərçivəsində ictimai səhiyyə fakültəsinin tibb bacısı ixtisasında təhsil alan tələbə Rəna Cumayeva bir semestr ərzində Gazi Universitetində təhsil alıb".
Qeyd olunur ki, hazırda Litva Tibb Elimləri Universiteti Tibb fakültəsi tələbələri üçün təqaüd proqramını açıq elan edib:
"Ümid edirik ki, tələbələrimiz bu şansdan da yararlana biləcək. Ötən illərə nəzər yetirəndə mübadilə proqramlarından daha aktiv yararlanmağa başlamışıq. ATU-nun Elmi Şurasının mobillik proqramlarında iştirak edən tələbələrin təhsil kreditlərinin tanınmasında uyğun güzəştlərin edilməsi haqqında qərarı buna təkan verib. Belə ki, əgər tələbənin təhsil alacağı xarici ölkə universitetində keçdiyi fənnlərin kreditləri bizim universitetdə keçirilən fənnlərin kreditləri ilə 80% uyğun gələrsə, tələbəgeri döndükdə onun kreditləri qəbul olunacaq".
Universitetdən onu da bildiriblər ki, Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin "Orhun" mübadilə proqramı həm də akademik heyət üçün nəzərdə tutulub. Son 2 semestr ərzində qarşılıqlı olaraq ATU-dan 2 müəllim, Türkiyə universitelərindən isə 3 müəllim proqramda iştirak edib.
UniRank-in məlumatına görə, ATU-nun dünya universitetləri arasında reytinqi 6979-dur.
Xəbər lenti
0