Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya Kubokunda Azərbaycan gimnastları finala yüksəliblər

© Sputnik / Murad OrujovBakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunda - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb
BAKI, 8 aprel — Sputnik. Akrobatika gimnastikası üzrə Azərbaycan milli komandasının üzvləri Belçikanın Antverpen şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər.
Federasiyadan verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadın qrupu həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, yarışa aprelin 9-da yekun vurulacaq.
Xəbər lenti
0