Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan klubu "Mançester Siti"nin sabiq futbolçusunu transfer edib

© AFP 2023 / OZAN KOSEФутбольные мячи, фото из архива
Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
"Turan Tovuz" klubu öz heyətini "Mançester Siti"nin sabiq futbolçusu ilə gücləndirəcək.
BAKI, 8 aprel — Sputnik. "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, Qərb təmsilçisi qanalı yarımmüdafiəçi Divayn Naanı transfer edib.
27 yaşlı oyunçu ilə 3 ay + 1 il müddətinə rəsmi müqavilə imzalanıb. O, yeni komandasında 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Divayn Naa daha əvvəl İngiltərənin "Mançester Siti", Norveçin "Strömqodset", Niderlandın "Breda", Danimarkanın "Norşellan", Osveçin "Örebro" (İsveç), Belçikanın "Tubiz", İsrailin "Hapoel" (Raanana) və Maltanın "Mosta" komandalarının formasını geyinib. Onun son klubu Litva "Jalgiris"i olub (Report).
Xəbər lenti
0