Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakıda iclası işə başlayıb

© AFP 2023 / JEAN-PIERRE MULLERЛоготип ЮНЕСКО, фото из архива
Логотип ЮНЕСКО, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Bu gün baş tutan mərasimdə nazirlər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidentinin, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və səfirlər iştirak edirlər.
BAKI, 7 aprel — Sputnik. Aprelin 7-də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir.
Açılış mərasimində nazirlər, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidentinin, UNESCO üzrə Milli Komissiyaların baş katibləri və səfirlər iştirak edirlər.
İclas çərçivəsində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürüləcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək bağlanış mərasimində sözügedən iclasın yekun bəyanatı qəbul ediləcək.
Xəbər lenti
0