CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvana qanunsuz keçirilən dərman preparatları aşkar edilib

© Photo : The State Customs Committee of AR“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edildi
“Poçt göndərişləri” gömrük postunda dərman preparatları aşkar edildi - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkarlanıb.
BAKI, 7 aprel — Sputnik. Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında dərman preparatlarının qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Belə ki, Baş İdarənin "Sədərək" gömrük postunda Türkiyədən ölkəmizə gələn "Mercedes Benz" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.
Yoxlama zamanı vətəndaşın idarə etdiyi nəqliyyat vasitəsinin yük hissəsindən gömrük orqanına bəyan etmədiyi 74 adda 2480 qutu müxtəlif dərman preparatları aşkar edilib
Xəbər lenti
0