Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

"Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı" mövzusunda konfrans keçirilib

© Sputnik / Murad OrujovVətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir
Vətən Müharibəsi qazilərinə pulsuz tibbi yardımlar göstərilir - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub.
BAKI, 6 aprel — Sputnik. Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda veteran hərəkatı" mövzusunda konfrans keçirilib.
Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Əli Pənahov, Samir Məmmədov, dövlət rəsmiləri və QHT təmsilçiləri, veteranlar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Vüsal Quliyev bildirib ki, Azərbaycan veteranlar hərəkatının formalaşmasında və inkişafına ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub.
O vurğulayıb ki, Heydər Əliyev veteranlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, onlara münasibətdə xüsusi həssaslıq sərgiləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0