Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Dünya çempionatının seçmə mərhələ oyunları Bakıda keçiriləcək

© AFP 2023 / KHALED DESOUKI Çimərlik futbolu
 Çimərlik futbolu - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
BAKI, 6 aprel — Sputnik. Çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələ oyunları Bakıda keçiriləcək. Bu barədə Dünya Çimərlik Futbolu Təşkilatı (Beach Soccer Worldwide) rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, 2-9 iyul tarixlərində baş tutacaq yarışın formatı da artıq məlumdur. Əvvəlcə reytinqdə ilk "12-liy"ə düşməyən komandalar qrup mərhələsində mübarizə aparacaqlar. İyulun 5-7-si aralığında reytinqin ən yaxşı 12 komandası yarışacaq. Hər qrupdan 4 komanda növbəti mərhələyə adlayacaq.
İyulun 8-də yarımfinalpley-off oyunları təşkil ediləcək. Ertəsi gün isə final matçı və 3-16-cı yerlər uğrunda pley-off qarşılaşmaları olacaq.
Seçmə mərhələnin ən yaxşı 4 komandası bu il Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Dünya Çimərlik Futbolu Təşkilatının prezidenti Joan Kusko ev sahibliyini qəbul etdiyi üçün Azərbaycana təşəkkürünü bildirib:

"Qısa müddətdə məkan tapmaq asan olmadı. Tədbirin keçirilmə tarixlərinin Avropa Oyunlarına yaxın olduğunu bilirik. Heç də ideal vəziyyət deyil. Lakin biz mümkün olan ən yaxşı yarışı keçirəcəyimizə inanırıq. Bakıdakı gözəl çimərlik arenasında mümkün qədər çox Avropa komandasının iştirak etməsini səbirsizliklə gözləyirik".

(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0