Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıdakı Rus Evində “Xarıbülbül” kitabının təqdimatı olacaq

© Sputnik / Murad OrujovBakıda Rus Kitabları Evində yazıçı Eldar Əhədovla görüş, arxiv şəkli
Bakıda Rus Kitabları Evində yazıçı Eldar Əhədovla görüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Oxuculara təqdim olunacaq əsər Azərbaycan xalqının 1500 illik tarixindən, görkəmli hökmdarlar, şairlər, memarlar, həkimlər, alimlər, musiqiçilər və bəstəkarlar, rəssamlar və qədimdən Odlar Yurdunun müdafiəçilərindən bəhs edir.
BAKI, 6 aprel - Sputnik. Aprelin 23-də Bakıdakı Rus Evində Eldar Əhədovun “Xarıbülbül” kitabının təqdimatı olacaq. Bu əsər şeirlə dastan janrında Azərbaycan və rus dillərində qələmə alınıb.
Bu barədə Azərtac-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər.
Kitab Azərbaycan xalqının 1500 illik tarixindən, görkəmli hökmdarlar, şairlər, memarlar, həkimlər, alimlər, musiqiçilər və bəstəkarlar, rəssamlar və qədimdən Odlar Yurdu adlanan Vətənin müdafiəçilərindən bəhs edir.
Bu əsər ölkəmizi bütün dünyada tanıdan insanların oxuculara tanıdılması missiyasını daşıyır. Kitab “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Onun müəllifi Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü və Rusiya Yazıçılar İttifaqının üzvü Eldar Əhədovdur.
Nəşrin sponsorları qismində 2005-ci il Nobel mükafatı laureatı Bəxtiyar Siracov və “”BTB-Azərbaycan” bankı çıxış ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0