Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Şəhər Halqası: Vauçerlərin elektron biletlə dəyişdirilməsinə başlanılıb

© AFP 2023 / NATALIA KOLESNIKOVAFormula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası
Formula 1 üzrə Azərbaycan Qran Prisinin keçirildiyi Bakı Şəhər Halqası - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilər.
BAKI, 6 aprel — Sputnik. "Formula 1" üzrə Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, proses bu gündən start götürüb.
Vauçerləri əldə edənlər www.bakucitycircuit.com veb səhifəsindən şəxsi
hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər.
Biletlərini kassadan əldə edən və yalnız vauçer üzərində adı qeyd edilən şəxslər aşağıdakı satış məntəqələrinə yaxınlaşaraq vauçerləri və şəxsiyyət vəsiqələrini təqdim etməklə onları elektron biletə dəyişə bilər.
Yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür. Hər bir şəxsə mübadilə prosesini gecikdirməmək tövsiyə edilir.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28 - 30 apreldə təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0