DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xalqlarımızı qədim tarixi köklərə malik dostluq telləri bağlayır - Emoməli Rəhmon

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Rəhmon: "Bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir".
BAKI, 5 aprel — Sputnik. "Tacikistan və Azərbaycan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Sevindirici haldır ki, bu gün ölkələrimizin dövlətlərarası qarşılıqlı əlaqələri geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir".
Bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə bildirib.
Bu qarşılıqlı fəaliyyətin siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə etdiyini vurğulayan E.Rəhmon qeyd edib:
"Biz Azərbaycan Respublikası ilə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetiririk".
"Xalqlarımız arasında qarşılıqlı münasibətlərin qədim tarixi və xoş ənənələri var. Sevindirici haldır ki, bu gün bizim dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Biz bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət veririk.
Bu gün Sizinlə ölkələrimizin qarşılıqlı əlaqələrinin vəziyyətini və perspektivlərini, habelə beynəlxalq və regional məsələləri müzakirə etməyə hazıram", - Tacikistan lideri bildirib.
Xəbər lenti
0