DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə hava məkanını bu hava limanı üçün bağlayıb

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidSəmada təyyarə
Səmada təyyarə - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Türkiyənin hava məkanı aprelin 3-dən İraqın Süleymaniyyə beynəlxalq hava limanından eniş/qalxış üçün istifadə edən təyyarələrin istifadəsi üçün bağlanıb.
BAKI, 5 aprel — Sputnik. Türkiyə hava məkanını İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanı üçün bağlayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.
"Türkiyənin hava məkanı aprelin 3-dən İraqın Süleymaniyyə beynəlxalq hava limanından eniş/qalxış üçün istifadə edən təyyarələrin istifadəsi üçün bağlanıb. Bu qərar terror təşkilatı PKK-nın (Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası) fəaliyyətinin fəallaşması ilə əlaqədar qəbul edilib. Süleymaniyyədə terror təşkilatının hava limanına nüfuz etməsi və bununla da uçuşların təhlükəsizliyinə təhdid yaranıb", - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
İlkin olaraq qadağalar 3 iyul 2023-cü ilə qədər nəzərdə tutulub.
Xəbər lenti
0