Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Respublika Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olundu

© AFP 2023 / JOE RAEDLEhəkim
həkim - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
BAKI, 5 aprel — Sputnik. Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına baş direktor təyin edilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.
***
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Bu barədə Səhiyyə Nazirliyindən deyilib.
Bildirilib ki, Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyev video paylaşaraq uşaq evinə gətirilən ərzaqların onlara verilmədiyini iddia edib. Daha sonra o, qardaşının razılığı ilə Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə açıqlamasında yeniyetmənin ruhi xəstə olmadığını, uşağın diaqnozunun sosiopatiya olduğunu qeyd edib. Baş həkim deyib ki, yeniyetməni uşaq evinə göndərmək istəsələr də, müdiriyyət onu qəbul eləmir.
Xəbər lenti
0