Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olunub

© AFP 2023 / EDUARDO MUNOZ ALVAREZ şahmat
 şahmat - Sputnik Azərbaycan, 1920, 05.04.2023
Abunə olmaq
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb.
BAKI, 5 aprel — Sputnik. FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya yığmasına dəvət edib.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb.
Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq.
Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış şahmatçılar çıxış edəcəklər.
Qeyd edək ki, yoldaşlıq görüşü 17-19 apreldə olacaq.
Xəbər lenti
0