SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyəli nazir "Togg"u Azərbaycan Prezidentinə təhvil verib və Əliyev onu idarə edib

© Official website of President of Azerbaijan Republic“Togg” Azərbaycan Prezidentinə təqdim olundu
“Togg” Azərbaycan Prezidentinə təqdim olundu - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
Mustafa Varank "Togg"un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hiss keçirdiyini bildirib.
BAKI, 4 aprel — Sputnik. Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” elektromobilinin T10X modelinin açarını dövlətimizin başçısına təqdim edib.
Dövlət başçısı “Togg” elektromobilini idarə edib.
Qeyd edək ki, 2022-ci il oktyabrın 29-da təqdimatı keçirilən Türkiyənin milli istehsalı olan “Togg” elektromobilinin ilk sifarişçilərindən biri də dövlətimizin başçısı olub. Ötən il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon söhbəti zamanı dövlətimizin başçısı Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata açıqlamasında həmin telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verdiyini bildirmişdi.
İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.
"Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir", - paylaşımda deyilir.
Ərdogan İlham Əliyevə "Togg"la bağlı xeyir-dua verib
Türkiyənin ilk yerli elektromobili "Togg"un ikinci nüsxəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhvil verilib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sosial şəbəkə hesabında paylaşım edib.
"Qardaşım İlham Əliyev də Türkiyənin qüruru "Togg"unu aldı. Xeyirli olsun! Allah gözəl günlərdə sürməyi nəsib eləsin, qardaşım", - Ərdoğan yazıb.
O, statusuna Azərbaycan prezidentinin sosial şəbəkə hesabını (@azpresident.) da işarələyib.
Prezident Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.
Türkiyənin ilk yerli elektromobili "Togg"un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlət başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Dünən Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğulayıb və "Togg"un istehsalına başlanılmasını da bu baxımdan yaxşı nümunə olduğunu bildirib.
Dövlət başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.
Mustafa Varank "Togg"un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hiss keçirdiyini bildirib.
Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Togg - Sputnik Azərbaycan, 1920, 04.04.2023
SİYASƏT
Bu gün İlham Əliyevə "Togg" elektromobili təqdim ediləcək
Xəbər lenti
0