SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir" - Nazir

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 04.04.2023
Abunə olmaq
XİN rəhbəri Ceyhun Bayramov Avropa Şurası Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə Ermənistanın Laçın yolu ətrafındakı dinc aksiya ilə bağlı spekulyasiyalarının həqiqəti əks etdirmədiyini bildirib.
BAKI, 4 aprel - Sputnik. "Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 4-də Avropa Şurası (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşdə bildirib.
Nazir postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb.
Laçın yolu ətrafında Ermənistanın bu kimi qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddialarının həqiqəti əks etdirmədiyi vurğulanıb.
Xəbər lenti
0