Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna tərəfi bir gündə 465 hərbçi və muzdlu, həmçinin 7 PUA itirib - Rusiya MN

© AP Photo / LIBKOSUkraynada xüsusi hərbi əməliyyat, arxiv şəkli
Ukraynada xüsusi hərbi əməliyyat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
Ümumilikdə, xüsusi əməliyyat başlayandan bəri Ukraynaya məxsus 400-dən çox hərbi təyyarə, 230-dək helikopter, 3600-dən çox pilotsuz uçuş aparatı, 410-dan çox zenit-raket kompleksi, 8500-dən çox tank və digər zirehli döyüş texnikası məhv edilib.
BAKI, 3 aprel - Sputnik. Yujno-Donetsk və Zaporojye istiqamətlərində Rusiya qoşunları sutka ərzində 45-ə qədər ukraynalı hərbçini, D-30 haubitsasını və Polşa istehsalı olan “Krab” artilleriya qurğusunu məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yujno-Donetsk və Zaporojye istiqamətlərində “Vostok” qruplaşmasının aviazərbələri və artilleriya atəşi "Donetsk Xalq Respublikası"nın Novomixaylovka və Uqledar qəsəbələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məğlubiyyətə uğradıb. Bu ərazilərdə düşmənin sutka ərzində ümumi itkiləri 45 Ukrayna hərbçisi, iki pikap, bir D-30 haubitsa və bir Polşa istehsalı olan “Krab” özüyeriyən artilleriya qurğusu təşkil edib", - deyə nazirliyin açıqlamasında bildirilir.

Kupyanskoe istiqaməti
Kupyan istiqamətində “Qərb” qoşun dəstəsinin aviasiyası və artilleriyası Xarkov vilayətinin Sinkovka və "LXR"-in Artyomovka yaşayış məntəqələri ərazilərində düşmən bölmələrini darmadağın edib.

"Düşmən itkiləri 75 ukraynalı hərbçi, iki zirehli döyüş maşını, iki texnika və bir D-30 haubitsı olub", - nazirlikdən bildirilib.

Krasno-Limansk istiqaməti
Krasno-Limansk istiqamətində hücum təyyarələrinin zərbələri, artilleriya atəşi və "Mərkəz" qoşun qruplaşmasının bölmələrinin aktiv əməliyyatları nəticəsində LXR-nin Çervonaya Dibrova qəsəbəsində Ukrayna qoşunlarının canlı qüvvə və texnikasına zərbələr endirilib.
“50-yə qədər ukraynalı hərbçi, iki zirehli döyüş maşını, bir pikap və bir D-30 haubitsası məhv edilib”, - deyə nazirlikdən bildirilib.
Donetsk istiqaməti
“Cənub” qoşun qruplaşmasının bölmələri gündə 285-ə qədər ukraynalı hərbçini və muzdlu əsgəri məhv edib. Nazirlik bildirib ki, bir tank, üç piyada döyüş maşını, iki zirehli transportyor, bir zirehli döyüş maşını, səkkiz maşın, iki pikap, bir “Qrad” reaktiv yaylım atəşi sistemi, dörd D-30 haubitsası və iki sursat anbarı da məhv edilib.
Xerson istiqaməti
Rusiyanın Xerson istiqamətindəki bölmələri sutka ərzində 10-a qədər ukraynalı hərbçini, iki texnikanı və bir “Akasiya” özüyeriyən haubitsasını məhv edib. Əks batareya və hava hücumundan müdafiə tədbirləri sayəsində Rusiya hərbçiləri bir gündə Ukraynanın 79 artilleriya bölməsini 98 rayonda atəş mövqelərini, canlı qüvvə və texnikasını məhv edib. Bundan əlavə gün ərzində hava hücumundan müdafiə 10 HIMARS və Smerç RYAS raketlərini ələ keçirib, "DXR" və "LXR"-də yeddi Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Xüsusi hərbi əməliyyatın əvəəlindən
Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynaya məxsus 405 hərbi təyyarə, 228 helikopter, 3648 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8521 tank və digər zirehli döyüş texnikası, 1078 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4494 ədəd artiller sahəsi və minaatan, o cümlədən 9287 ədəd xüsusi təyinatlı hərbi texnika ssradan çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0