QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilən ərazilərdə ötən ay nə qədər mina aşkarlanıb - ANAMA məlumat yaydı

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir
ANAMA əməkdaşı Qarabağda əraziləri minalardan təmzləyir - Sputnik Azərbaycan, 1920, 03.04.2023
Abunə olmaq
ANAMA-dan verilən məlumata görə, martın 1-dən 31-dək minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270 mina zərərsizləşdirilib.
BAKI, 3 aprel — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0