Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bu avtobusun hərəkət sxemi dəyişdirilir

© Photo : Baku Transport AgencyAvtobus, arxiv şəkli
Avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.03.2023
Abunə olmaq
Səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.
BAKI, 31 mart — Sputnik. Aprelin 2-də, saat 08:00-dan 22:00-a qədər Bakıda 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Məlumata görə, buna səbəb paytaxtın Binəqədi rayonu, Baksol yolunda aparılacaq təmirlə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılmasıdır.
Odur ki, sözügedən marşrut üzrə hərəkət sxemi iki istiqamətdə - "Azadlıq prospekti" metro stansiyası - Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissəyə qədər) və Baksol yolu (Məhdudiyyət tətbiq edilən hissədən) - "Koroğlu" metro stansiyası istiqamətində təşkil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0