CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib

© AFP 2023 / GEOFF CADDICKDənizdə dalğalar
Dənizdə dalğalar - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Dalğanın hündürlüyünün 2-4 metr, sonra isə 5,5-7,5 metrə çatacağı gözlənilir.
BAKI, 30 mart — Sputnik. Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
SOCAR-dan bildirilib ki, şirkətin istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.
Qeyd edək ki, mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 metr, sonra isə 5,5-7,5 metrə çatacağı gözlənilir.
Xəbər lenti
0