Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb

© Sputnik / Алексей Сухоруковrubl
rubl  - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi ümumi köçürmələrin 82%-ni təşkil edib.
BAKI, 30 mart — Sputnik. 2022-ci ildə Rusiya Federasiyasından Azərbaycana pul köçürmələrinin həcmi 2 milyard 969 milyon dollar təşkil edib ki, bu da ümumi köçürmələrin 82%-ni təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə pul baratlarının əsas göstəricilərinə dair məlumatında qeyd edilib.
Keçən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi 2021-ci illə müqayisədə 4.8 dəfə artıb.
2021-ci ildə fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana 623 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib.
Qeyd edək ki, 2022-ci ildə ölkəyə göndərilən pul baratlarının həcmi 3.2 dəfə artaraq 3.6 milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 0.5% artaraq 0.7 milyard dollar olub. Nəticədə pul baratları üzrə 2.9 milyard dollar müsbət saldo yaranıb.
Xəbər lenti
0