NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft yenidən ucuzlaşıb - Diqqətlər Çin iqtisadiyyatına yönəlib

© AP Photo / Ross D. FranklinNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Çində istehsal və xidmət sektoru üzrə məlumatların açıqlanacağı gözlənilir. Başqa sözlə, iqtisadi canlanmanın vəziyyəti öyrəniləcək.
BAKI, 30 mart — Sputnik. Dünya bazarlarında neft yenidən ucuzlaşıb.
"Brent" markalı neftinin dəyəri 0,35% azalaraq 1 barelə görə 77,32 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,27% azalarq 72,77 dollar olub.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,12 dollar və ya 0,15% artaraq 80,86 dollar təşkil edib.
Bazarların diqqəti dünyanın ən böyük neft idxalçısı olan Çinə yönəlib. Çində istehsal və xidmət sektoru üzrə məlumatların açıqlanacağı gözlənilir. Başqa sözlə, iqtisadi canlanmanın vəziyyəti öyərniləcək.
Çinin bu il neft tələbatının kəskin bərpasına təkan verəcəyi gözlənilir. Bununla belə, ölkədən gələn iqtisadi göstəricilər son iki ayda xam neftə olan tələbin məhdud olduğunu göstərib.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan neftinin ("Azeri Light") bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Xəbər lenti
0