DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək - Rusiya XİN

© Photo : Пресс-служба МИД РФ / Mediabanka keçidSergey Lavrov və Mövlud Çavuşoğlu
Sergey Lavrov və Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 30.03.2023
Abunə olmaq
Zaxarova bildirib ki, tərəflər ikitərəfli əməkdaşlıq, Ukrayna, Suriya və Qarabağı müzakirə edəcəklər.
BAKI, 30 mart — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə aprelin 6-7-də Türkiyəyə səfər edəcək. Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, tərəflər ikitərəfli əməkdaşlıq, Ukrayna, Suriya və Qarabağı müzakirə edəcəklər.
"Təmaslar zamanı geniş spektrli problemlərin, ilk növbədə, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır. O cümlədən ticarət, enerji, turizm regional və beynəlxalq gündəliyin aktual məsələləri, Ukraynadakı mövcud vəziyyət, Suriya və Qarabağ nizamlanması, eləcə də Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılacaq", - Zaxarova qeyd edib.
Xəbər lenti
0