CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

© AFP 2023 / Brendan SMIALOWSKIDünya Bankı
Dünya Bankı - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
S.Misra diqqətə çatdırıb ki, layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır.
BAKI, 29 mart — Sputnik. Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resurslarının idarə olunmasının yeni modelini hazırlayır.
Bu barədə Dünya Bankının su təchizatı və sanitariya üzrə böyük mütəxəssisi Smita Misra Azərbaycana texniki yardım proqramının reallaşdırılmasına həsr olunmuş tədbirdə çıxış edərək deyib. Onun sözlərinə görə, su resurslarının inventarlaşdırılması və uçotu üzrə addımlar atılacaq.
S.Misra diqqətə çatdırıb ki, bu layihə çərçivəsində təkcə içməli suyun deyil, həm də texniki suyun, o cümlədən irriqasiya üçün suyun əlçatanlığının təmin edilməsi planlaşdırılır. Azərbaycanın kənd təsərrüfatı rayonlarının su problemi yaşamamaları çox vacibdir.
O, gələcəkdə layihənin reallaşdırılacağı digər rayonların da müəyyən edilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, Azərbaycana texniki yardım proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, reallaşdırılması isə Dünya Bankına həvalə olunub.
Xəbər lenti
0