SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsraildə Ceyhun Bayramovun müdafiə naziri ilə görüşü barədə nə paylaşıblar? Foto

© Sputnik / Murad OrujovCeyhun Bayramov
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
İsrailin müdafiə naziri bildirib ki, səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirir.
BAKI, 29 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.
O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Y.Qalant da tviter hesabında C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.
"Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim", - Y.Qalant vurğulayıb.
Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.
Xəbər lenti
0