DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Portuqaliyada müsəlmanlara hücum edilib: ölənlər var

© AFP 2023 / PATRICIA DE MELO MOREIRALissabonda müsəlmanların "İsmaili" dini mərkəzi
Lissabonda müsəlmanların İsmaili dini mərkəzi - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Bildirilib ki, hücumun müəllifi olduğu iddia olunan və bıçaqla silahlanmış Əfqanıstan vətəndaşına atəş açılıb və o saxlanılıb.
BAKI, 28 mart — Sputnik. Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanların "İsmaili" dini mərkəzinə edilən bıçaqlı hücum nəticəsində azı iki nəfər ölüb.
"CNN Portugal" xəbər verir ki, bu barədə məlumat Portuqaliya polisi tərəfindən təsdiqlənib. Bildirilib ki, hücumun müəllifi olduğu iddia olunana və bıçaqla silahlanmış Əfqanıstan vətəndaşına atəş açılıb və o saxlanılıb.
Portuqaliya polisi saxlanılan şəxsin milliyyətini dərhal açıqlamayıb.
Portuqaliya Baş naziri Antonio Kosta bildirib ki, hücum ilə bağlı nəsə demək üçün hələ tezdir.
Qeyd edək ki, İsmaililər, Pakistan kimi ölkələrdə ekstremist qrupların hücumuna məruz qalan İslam dini daxilində azlıq şiə cərəyanıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0