SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov İsrailə səfər edib

© Sputnik / Murad OrujovAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 28.03.2023
Abunə olmaq
Səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
BAKI, 28 mart — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfər edib.
APA xəbər verir ki, Azərbaycan xarici işlər nazirini gətirən təyyarə Təl-Əvivin Ben Qurion hava limanına enib.
XİN başçısını hava limanında İsrail XİN rəsmiləri, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov, İsrailin Azərbaycandakı səfiri Corc Dik qarşılayıb.
Qeyd edək ki, Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək. Azərbaycan XİN başçısı İsraildə yüksək səviyyəli görüşlər keçirəcək.
Azərbaycan XİN başçısının regiona səfəri çərçivəsində martın 30-da fələstinli həmkarı ilə də görüşü planlaşdırılır.
***
Martın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində, 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, yanvarın 11-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Muxtar Məmmədov Azərbaycanın İsraildə səfiri təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0