DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Üçüncü Dünya müharibəsinin qarşısını alacağına söz verib

© AFP 2023 / GIORGIO VIERADonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Tramp növbəti dəfə Ukrayna münaqişəsini hakimiyyətə gəldikdən sonra 24 saat ərzində başa çatdıracağına söz verib.
BAKI, 27 mart — Sputnik. ABŞ-da genişmiqyaslı prezidentlik yarışının başlaması ərəfəsində tərəfdarları ilə görüşlər keçirən Ağ Evin sabiq rəhbəri Donald Tramp Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs olduğunu bildirib.
Bu barədə Rusiya mediası məlumat verib.
"Bunu deyə biləcək yeganə namizəd mənəm - üçüncü dünya müharibəsinin qarşısını alacağam", - Trampın Texasdakı mitinqdə dediyi sözlər tərəfdarlarının gurultulu alqışlarına səbəb olub.
Bu yaxınlarda siyasətçi onun həbsinin bütün dünyada "ölüm və dağıntı" təhlükəsi yaradacağı barədə xəbərdarlıq etsə də, son çıxışı zamanı tutqun uzaqgörən fikirlərini söyləməkdən çəkinib. Bəlkə də ona görə ki, həbsin tarixi (21 mart) çoxdan keçib və təhlükəsizlik qüvvələri ona baş çəkməyiblər.
Bundan başqa, Tramp növbəti dəfə Ukrayna münaqişəsini hakimiyyətə gəldikdən sonra 24 saat ərzində başa çatdıracağına söz verib. Ancaq siyasətçi bunu necə edəcəyini izah etməyib, çox güman ki, onun seçiləcəyi vaxta qədər Ukrayna ərazisində Rusiya xüsusi hərbi əməliyyatı başa çatacaq və heç kim heç nə izah etməli olmayacaq.
Bu yaxınlarda Tramp bildirib ki, istintaq onunla bağlı 11 milyon səhifəlik sənədləri araşdıraraq ona qarşı heç bir ittiham doğuran faktı üzə çıxara bilməyib.
Xəbər lenti
0