DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin nüvə silahına sahib ölkələrə çağırış edib

© AP Photo / Andy WongÇin bayrağı
Çin bayrağı - Sputnik Azərbaycan, 1920, 27.03.2023
Abunə olmaq
Keçən yanvarda beş nüvə dövlətinin liderləri birgə bəyanat verdilər ki, nüvə müharibəsi başlamamalıdır, bu müharibədə qalib gəlmək olmaz.
BAKI, 27 mart — Sputnik. Çin nüvə gücləri arasında münaqişə risklərini azaltmağa çağırır və nüvə müharibəsində qaliblərin ola bilməyəcəyini xatırladır. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
"Keçən yanvarda beş nüvə dövlətinin liderləri birgə bəyanat verdilər ki, nüvə müharibəsi başlamamalıdır, bu müharibədə qalib gəlmək olmaz. Onlar vurğulayıblar ki, nüvə silahına malik dövlətlər arasında hərbi münaqişələrin strateji riskləri azaldılmalıdır", - Mao Nin xatırladıb.
Martın 25-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası Belarus tərəfinin tələbi ilə ABŞ-ın öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Moskva artıq Minskə nüvə silahının daşıyıcısı ola biləcək "İsgəndər" operativ-taktiki raket kompleksini təhvil verib. Rusiya liderinin sözlərinə görə, Belarus ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisi iyulun 1-də başa çatacaq.
Xəbər lenti
0