Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yanğın olub, 2 nəfər xəsarət alıb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib
Fövqəladə Hallar Nazirliyi şərti yanğın təlimi keçirib - Sputnik Azərbaycan, 1920, 26.03.2023
Abunə olmaq
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 26 mart - Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.
Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğınsöndürən maşın - Sputnik Azərbaycan, 1920, 13.03.2023
PAYTAXT XƏBƏRLƏRİ
Bakıda yaşayış binasında yanğın baş verən yanğın söndürülüb
Xəbər lenti
0