CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Abşeron yarımadasında zəif duman olacaq - Sabahın hava proqnozu

© Sputnik / Murad OrujovBakıda duman, arxiv şəkli
Bakıda duman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.03.2023
Abunə olmaq
Rayonlarda havanın əsasən yağmursuz, gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı bildirilir.
BAKI, 25 mart - Sputnik. Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0