SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana gələcək

© Photo : MFAXarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü
Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü - Sputnik Azərbaycan, 1920, 24.03.2023
Abunə olmaq
O, səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.
BAKI, 24 mart - Sputnik. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında Azərbaycan diasporunun da iştirak etdiyi təntənəli Novruz şənliyində Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb.
Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.
Soydaşlarımızı bayram münasibətilə təbrik edən dövlət başçısı sərgidə nümayiş olunan eksponatlarla tanış olub, Azərbaycan musiqisini və mahnılarını dinləyib.
Mərkəzin rəhbərliyi soydaşlarımız adından Özbəkistanın dövlət başçısına minnətdarlığını bildirib.
Bayram konsertində müxtəlif xalqların, o cümlədən azərbaycanlıların da yaradıcı kollektivi çıxış edib.
Xəbər lenti
0