Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: Ukraynadakı vəziyyət Qərbin öz dominantlığını təmin etmək cəhdləri ilə bağlıdır

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров
Главы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 24.03.2023
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun məqaləsi "Razvedçik" ictimai-siyasi jurnalında dərc olunub.
BAKI, 24 mart - Sputnik. Ukraynada və onun ətrafındakı vəziyyət Qərb ölkələrinin dünya hökmranlığını təmin etmək cəhdləri ilə bağlı genişmiqyaslı toqquşmanın təzahürlərindən sadəcə biridir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Razvedçik” ictimai-siyasi jurnalında dərc olunmuş məqaləsində deyilir.
“Ən pis müstəmləkəçilik ənənələri ilə hərəkət edən amerikalılar və onların əlaltıları dünyanı “demokratiya” və “avtoritar rejimlər”ə bölməyə çalışırlar”, - məqalədə qeyd edilir.
Lavrov yazır: “Əgər hər şeyi öz adı ilə çağırsaq, o zaman qərbdəkilər insanları hansısa “eksklüzivliyə” malik olan seçilmişlər və “qızıl milyard”ın maraqlarına uyğun hərəkət etməyə borclu olanlara bölünürlər”.
Onun fikrincə, müasir beynəlxalq inkişafın əsas tendensiyası çoxqütblülüyün güclənməsidir.
O, Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikasında yeni dünya mərkəzlərinin “müxtəlif sahələrdə - müstəqillik, dövlət suverenliyi və mədəni-sivilizasiya kimliyinə əsaslanaraq təsir edici uğurlara imza atdığını” vurğulayıb.
"Beləliklə, onlar xalqların öz müqəddəratını təyin etmək üçün təbii, ayrılmaz hüququnu, daxili siyasi və sosial-iqtisadi inkişaf modellərini əks etdirən yeni, daha sabit, ədalətli, demokratik, çoxmərkəzli dünya nizamının formalaşmasına obyektiv töhfə verirlər", - Lavrov yazıb.
Məqalədə qeyd olunur ki, Qərbdə bəzi siyasətçilər bunu etiraf etməyə başlayırlar, lakin “düzgün nəticələr praktiki əməllərə, xarici siyasət fəlsəfəsinin beynəlxalq hüquq və bərabər və bölünməz təhlükəsizlik prinsipləri əsasında yenidən qurulmasına çevrilmir”.
Xəbər lenti
0