Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ayxan Hacızadə: "Səfirimiz Niderland XİN-ə çağırılmayıb"

© Photo : MFA AzerbaijanРуководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде
Руководитель пресс-службы министерства иностранных дел Азербайджана Айхан Гаджизаде - Sputnik Azərbaycan, 1920, 23.03.2023
Abunə olmaq
Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub
BAKI, 23 mart - Sputnik. "Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
Ermənistan mətbuatında yayılmış iddiaya əsasən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. A, Hacızadə bu məlumatların yalan olduğunu vurğulayıb:
"Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb.
Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub".
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 23.03.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycan XİN Paşinyanın iddialarına cavab verib
Xəbər lenti
0