Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Çinin geosiyasətdə artan rolu: dünya təəccüb içindədir

© Li Xueren / Xinhua via APSi Cinpin
Si Cinpin - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
İranda razılaşma ətrafında aparılan geniş təbliğat kampaniyasında da Çinin rolu xüsusi qabardılır və əldə olunan razılaşma ABŞ-ın məğlubiyyəti, onun regional güc balansından kənarlaşdırılması kimi təqdim olunur.
BAKI, 21 mart — Sputnik. İran və Səudiyyə Ərəbistanının diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəldikləri danışıqlara ev sahibliyi edən Çin gizli məqsədinin olmadığını və Yaxın Şərqdə hər hansı "vakuumu" doldurmağa çalışmadığını bildirib.
İranla Səudiyyə Ərəbistanı arasında uzun illərdən sonra əlaqələrin yenidən qurulması və səfirliklərin açılması və bunu təmin edən razılığın Çin vasitəsilə əldə olunması böyük diplomatik qələbə olaraq görülür.
Bir çox təhlilçilər, haqlı olaraq, İran-Səudiyyə Ərəbistanı razılaşmasından əsas qazanc götürən tərəfin də elə Çin olduğunu bildirirlər.
İranda razılaşma ətrafında aparılan geniş təbliğat kampaniyasında da Çinin rolu xüsusi qabardılır və əldə olunan razılaşma ABŞ-ın məğlubiyyəti, onun regional güc balansından kənarlaşdırılması kimi təqdim olunur. Hətta "Fəraru" analitik portalı Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin bərpasını "Pekinin Vaşinqtona vurduğu şillə" adlandırıb.
Sputnik Azərbaycan Çinin geosiyasi fəallığının arxasında duran məqamlar və bu ölkənin hədəfləri ilə bağlı Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
© SputnikPolitoloq Rövşən İbrahimov
Politoloq Rövşən İbrahimov - Sputnik Azərbaycan, 1920, 19.03.2023
Politoloq Rövşən İbrahimov
Professor Rövşən İbrahimovun fikrincə əslində Çinin rolu artmır, o, hər zaman regionda təsirli gücə malik olub:

"Çin həm Səudiyyə Ərəbistanının, həm də İranın əhəmiyyətli ticari tərəfdaşıdır. Hesab edirəm ki, bu ölkələr özləri münasibətlərin normallaşmasını istəməsəydi və Çinə bununla bağlı müraciət etməsəydilər bu baş verməyəcəkdi. Burada İran Prezidenti İbrahim Rəisinin bir müddət əvvəl Çinə baş tutmuş səfərini diqqətdən kənar qoya bilmərik. Həmin səfərdə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ciddi müqavilələr bağlanıb. Sadəcə olaraq Çin hal-hazırda qlobal opponentlərə qarşı istifadə edə biləcəyi yeni mexanizmlər formalaşdırır. Bu da onun beynəlxalq aləmdəki imicini yüksəldir".

Porfessor bildirir ki, Çinin iki müsəlman ölkəsinin münasibətlərini normallaşdırmağa nail olmasında mənfi məqamlar yoxdur:
"Dünyada hazırda kəskin fikir ayırılıqları mövcuddur. Artıq bu kəskinləşən geosiyasi şəraitdə ölkələr yeni siyasi qütblər axtarışındadır. Bu uzunmüddətli bir prosesdir. Çin isə vəziyyətdən istifadə edərək öz milli maraqlarını həyata keçirməyə çalışır".
Politoloq İlyas Hüseynov da qeyd edir ki, son illər Çin iqtisadi cəhətdən böyük uğurlar əldə edib və böyük investisiya yatırmaqla iqtisadi ekspansiya siyasətini yürüdür:
"Çin təkcə iqtisadi sahədə deyil, həmçinin müdafiə təhlükəsizlik sahəsində də imkanlarını genişləndirməkdədir. Baxmayaraq ki, Çin geniş hərbi kampaniyalar həyata keçirmir, ancaq Tayvan məsələsində Qərb dünyası qarşısında böyük qərarlılıq nümayiş etdirir. Biz artıq görürük ki, Çin diplomatiyası da uğur əldə etməkdədir. İran və Səudiyyə Ərəbistanı arasında barışığın əldə olunmasında rəsmi Pekinin addımları böyük maraq doğurur və rəğbətlə qarşılanır".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 19.03.2023
İlyas Hüseynov

"Dünyada birqütblü dünyaya keçid istiqamətində Qərbin fəaliyyəti var. Lakin sonradan gördük ki, dünyanın müxtəlif nöqtlərində yerləşən güc mərkəzləri öz regionlarını inkişaf etdirməyə başladılar və bu fikri sıradan çıxarmağa çalışdılar. Çin müstəqil geosiyasi aktor kimi artıq fəaliyyətini hiss etdirməkdədir. Həm İran və Səudiyyə münasibətlərinin normallaşdırılması fonunda həm də dünyada koalisiyaların formalaşmasını müşahidə edirik. İran radikal totalitar bir dövlətdir, Səudiyyə Ərəbistanı isə Qərbin vassalıdır. Hesab edirəm ki, Çin dünyanın digər nöqtələrindəki münaqişəli vəziyyətlərin normallaşmasında təşəbbüskarlıq göstərib, effektiv nəticə əldə edə bilər".

Səudiyyə Ərəbistanı və İran əlaqələri normallaşdırmaq üçün gözlənilməz razılaşma ilə bağlı israrlı olduqlarını sübut etmək üçün bir-birlərinə iki ay vaxt veriblər.
Səfirliklər bərpa edilməzdən əvvəl iki ölkə yeddi illik düşmənçiliyə son qoymağın yollarını müzakirə edəcəklər.
Barışıq İranın dünya səhnəsində getdikcə daha çox təcrid olunduğu və Səudiyyə Ərəbistanının xarici siyasət kursunu qarşıdurma əvəzinə diplomatiyanın xeyrinə dəyişməsi ilə baş verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0