DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çavuşoğlu: Rusiya Suriya üzrə dördtərəfli görüşü təxirə salmağı təklif edib

© AP Photo / Burhan OzbiliciMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb.
BAKI, 20 mart - Sputnik. Rusiya tərəfi Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətlərinin Moskvada keçiriləcək görüşünün təxirə salınmasını təklif edib, Ankara bu təkliflə razılaşıb. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Bundan əvvəl Türkiyənin dövlət telekanalı TRT Haber görüşün martın 15-16-da Moskvada keçiriləcəyini bildirmişdi. Daha sonra Türkiyənin digər televiziya kanalı NTV məlumat verib ki, Suriya nizamlanması üzrə nümayəndə heyətlərinin cümə axşamına planlaşdırılan görüşü texniki səbəblərə görə təxirə salınıb.
"Rusiya tərəfi vaxtın dəyişdirilməsini təklif etdi. Ola bilsin ki, onlar Suriya tərəfi ilə birgə qərar qəbul ediblər. Sonra bunu gələcəkdə edəcəklərini (görüş təşkil edəcəklərini) dedilər və biz də razılaşdıq", - deyə "Haber" telekanalı Çavuşoğlunun sözlərindən sitat gətirib.
Dekabr ayında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi etdi. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Bu münaqişədən əvvəl Dəməşqlə sıx əlaqələr saxlayan Türkiyə Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarının tərəfini tuturdu. O vaxtdan bəri Türkiyənin Suriya ilə münasibətləri çətin olaraq qalır. Lakin son vaxtlar hər iki tərəf, eləcə də bəzi KİV-lər tədricən normallaşmanın mümkünlüyündən danışırlar.
Ankara və Dəməşq arasındakı fikir ayrılıqlarını həll etmək üçün Rusiya Federasiyası, Suriya və Türkiyə XİN rəhbərlərinin görüşü planlaşdırılıb. Yanvarda Ankara belə bir görüşün fevralın əvvəlində keçirilə biləcəyini təklif etdi. Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etiraf edib ki, İran Türkiyə, Rusiya və Suriya arasında planlaşdırılan yüksək səviyyəli danışıqlara qoşula bilər.
Xəbər lenti
0