DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Borrell israilli nazirin Fələstin xalqı ilə bağlı sözlərini tənqid edib

© AP Photo / Virginia Mayo, PoolAvropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
"Nazir Smotriçin açıqlamaları qəbuledilməzdir. Mən İsrail hökumətini bu sözləri rədd etməyə çağırıram", - Borrell Brüsseldə mətbuat konfransında deyib.
BAKI, 20 mart - Sputnik. Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell israilli nazirin Fələstin xalqı haqqında dediklərini tənqid edib və İsrail hökumətini bu bəyanatı rədd etməyə çağırıb.
Bundan əvvəl ifrat sağçı siyasətçi və İsrailin maliyyə naziri Bezalel Smotriç Fransaya səfəri zamanı çıxışında “Fələstin xalqı deyə bir şey yoxdur” demişdi.
"Nazir Smotriçin açıqlamaları qəbuledilməzdir. Mən İsrail hökumətini bu sözləri rədd etməyə çağırıram", - Borrell Brüsseldə mətbuat konfransında deyib.
O, bu bəyanatları “yanlış, hörmətsizlik, təhlükəli və əks-məhsuldar” adlandırıb.
Onun sözlərinə görə, Aİ İsrail-Fələstin münaqişəsinin iki dövlət arasında dinc yanaşı yaşaması əsasında həlli istiqamətində fəaliyyətini davam etdirəcək. Xüsusilə, Aİ müstəqil və suveren Fələstin dövlətinin yaradılmasına kömək edəcək. "Bu, Avropa İttifaqının mövqeyidir", - Borrell deyib.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirmişdi ki, Dövlət Departamenti İsrailin maliyyə naziri Bezalel Smotriçin fələstinlilər kimi insanların olmadığı barədə bəyanatını oxumağa hələ vaxt tapmayıb.
Smotriç artıq fələstinlilərə qarşı sərt açıqlamalar verib. Belə ki, fevralın sonunda Huvara şəhərində iki israilli fələstinli terrorçu tərəfindən güllələnib. Hücumdan sonra Benyamin Netanyahu hökumətinin ən yüksək vəzifəli üzvlərindən biri olan Smotrich deyib ki, İsrail Fələstin şəhərini “yerindən silməlidir”.
Xəbər lenti
0