Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım ayırıb

© AP Photo / Emrah GurelTürkiyədə zəlzələnin fəsadları
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
“Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.
BAKI, 20 mart - Sputnik. Azərbaycan “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında yenidənqurma işləri üçün 100 milyon dollar məbləğində yardım ayırdığını elan edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Azərbaycan Respublikasının bölgədə bərpa quruculuq işinə töhfə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisini həyata keçirəcəyi elan olunub”, - XİN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.
Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 20.03.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov Brüsselə gedib
Xəbər lenti
0