SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına şərait yaratmalıdır - QAİ

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə, arxiv şəkli
Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2023
Abunə olmaq
Sənəddə vurğulanır ki, Qərbi azərbaycanlıların öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.
BAKI, 19 mart - Sputnik. "Ermənistan qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır". Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

"Ermənistan Xarici İşlər Nazirliyi 18 mart 2023-cü il tarixində bəyanat verərək, bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd edib", - deyə məlumatda bildirilir.

Qeyd edilib ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib:

“Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir.

Məlumatda bir da vurğulanıb ki, Qərbi Azərbaycan İcması nümayəndələri Ermənistan adlanan ərazinin qanuni sakinləridir və evlərinə geri qayıtmaq onların mütləq və əzəli hüququdur:

"Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır. Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq".

QAİ bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırıb:
"Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası - Sputnik Azərbaycan, 1920, 13.03.2023
QARABAĞ
Bölgədə sülhün yolu dialoq, barışıq və reinteqrasiyadan keçir - Qərbi Azərbaycan İcması
Xəbər lenti
0