Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib

© AR Ministry of DefenceQuru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Yarışın nəticəsinə əsasən, "Hadrut", "Bərdə" və "Kəlbəcər" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
BAKI, 17 mart — Sputnik. 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceQuru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Birincilik uğrunda 24 hərbi qulluqçu 8 komanda üzrə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.
© AR Ministry of DefenceQuru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib
Yarışın nəticəsinə əsasən, "Hadrut", "Bərdə" və "Kəlbəcər" komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.
Xəbər lenti
0