CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Novruz bazarlığı neçəyə başa gəlir? Ölkənin ən ucuz bazarından reportaj - Video+Foto

© Sputnik / Zulfiyya Guluyeva Bakıda bayram yarmarkası, 16.03.2023
 Bakıda bayram yarmarkası, 16.03.2023 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Alıcılar bildirib ki, əksər məhsulların qiyməti yarmarkada bazar və marketlə müqayisədə 1-2 manat ucuzdur.
BAKI, 16 mart — Sputnik. Novruz bayramına sayılı günlər qalıb. Bu, Azərbaycan xalqının milli bayramı olduğundan, hər kəs Novruza xüsusi hazırlaşır. Adət-ənənələrə, inanclara görə, Novruz bayramında süfrəyə nə qədər bol nemət qoysan, il bir o qədər də ruzili-bərəkətli olur. Sputnik Azərbaycan qiymətlərin bayram süfrəsi açmaq üçün əlçatan olub-olmadığını araşdırıb.
Novruz bayramı ilə əlaqədar, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakıda üç ünvanda "Kənddən Şəhərə" yarmarkaları təşkil edib. Novruz bazarlığının neçəyə başa gəldiyini öyrənmək üçün yolumuzu Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərən yarmarkadan salırıq.
Burada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Sputnik Azərbaycan-a bildirib ki, yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edir. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar təşkil olunan "Kənddən Şəhərə" yarmarkaları 11-19 mart tarixlərində fəaliyyət göstərəcək. Həmçinin, "Kənddən Şəhərə" Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər.
Yarmarkada bayram bazarlığı edən Minaxanım adlı alıcı Sputnik Azərbaycan-a bildirib ki, buradakı məhsulların qiyməti ilə bazar və marketlər arasında fərq var. Onun sözlərinə görə, bazarda 18 manata satılan qoz ləpəsini yarmarkadan 16 manata almaq mümkündür: "Əksər məhsulların qiyməti bazar, marketlə müqayisədə 1-2 manat ucuzdur. Ona görə də özüm Nəsimi rayonunda yaşasam da, bazarlığa yarmarkaya gəlmişəm".
Alıcı bildirdi ki, bayram şəkərburası və paxlavası bişirmək istəyənlər üçün yarmarkadan alış-veriş etmək daha sərfəlidir.
"Mən qoz, fındıq, badam ləpəsi aldım. Təxmini hesablama görə ən azı 17-18 manat bazarla müqayisədə az xərcləmişəm", - deyə alıcı bildirib.
© Sputnik / Zulfiyya Guluyeva Bakıda bayram yarmarkası
 Bakıda bayram yarmarkası, 16.03.2023 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Bakıda bayram yarmarkası
Ordubaddan məhsul gətirən Zahid İmanov yarmarkada qələbəlik olmasa da, gətirdiyi məhsulu satacağına inanır. O, bu günədək hər məhsuldan 20 kiloqram satdığını bildirib. Deyir ki, yarmarkada 14-16 manata qoz ləpəsi təklif olunur. Qabıqlı qozu isə 4-6 manata satır.
© Sputnik / Zulfiyya GuluyevaOrdubadlı fermer Zahid İmanov
Ordubadlı fermer Zahid İmanov - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Ordubadlı fermer Zahid İmanov
Qubadan yarmarkaya məhsul gətirən Şahin Turacov qiymətlərin münasib olduğunu bildirib. Onun sözlərinə görə, yarmarkadan bəzi məhsulların 3 kiloqramını bir manata almaq mümkündür. O, alıcı sarıdan şikayətlənmədiyini, bayram günlərində təlabatın daha da artacağına inandığını söyləyib.
© Sputnik / Zulfiyya GuluyevaQubalı fermer Turacov Şahin
Qubalı fermer Turacov Şahin
 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Qubalı fermer Turacov Şahin
İsmayıllı rayonunda öz təsərrüfatından hazırladığı konservləşdirilmiş məhsulları yarmarkaya gətirən Rövşən Novruzov isə bildirib ki, ən çox təlabat pip yarpağınadır. O, bir banka pip yarpağının 5 manat olduğunu, bazarla müqayisədə qiymətin aşağı oluğunu söyləyib.
© Sputnik / Zulfiyya GuluyevaRövşən Novruzov
Rövşən Novruzov 
 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Rövşən Novruzov
Bayram günlərində ən çox təlabat yarmarkada satılan ət məhsullarına yaranıb. Hələ axşam düşməmiş yarmarkaya gətirilən ət satılıb qurtarmışdı.
Satıcı bildirdi ki, bazarda, ət dükanlarında mal ətinin qiyməti 13-15 manat olsa da, yarmarkada 12 manatdır. Qoyun əti isə 13 manata təklif olunur.
Yarmarkada apardığımız müşahidələr zamanı rastlaşdığımız kənd təsərrüfatı məhsullarının qiymətlərini təqdim edirik:
Novruz süfrəsinin atributi olan səməni 1,50-20 manat, quru meyvələrdən tut qurusu 7-8 manat, qarışıq meyvə qurusu 10-22 manat, innab 3-9 manat, tumsuz xurma 14 manat, tumlu 7 manat, alma və armud qurusu 3-10 manatdır.
© Sputnik / Zulfiyya Guluyeva Bakıda bayram yarmarkası
 Bakıda bayram yarmarkası, 16.03.2023 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Bakıda bayram yarmarkası
Yarmarkada qoyun əti 13, mal əti 12 manat, çolpa 8-12 manat, balıq 6-14 manat, ərinmiş kərə yağı 15-20, nehrə yağı 14-18, pendir 5-16 manata satılır. Kənd yumurtası 0,25-0,35 manatdır. Xiyar 2,40-3.30, pomidor 3.30-4.20, nar 1-2.70, heyva1-1.50, alma 0,50-1.60, armud 1-2, üzüm 0,70-1.50, mandarin 1,50-3,30, portağal 1,50-2 manat, kivi 1-2,80 manata təklif olunur.
Novruz süfrəsini şəkərbura və paxlavasız, çərəzlərsiz təsəvvür etmək olmaz. Yarmarkada ən ucuz qoz ləpəsi 14 manatdır. Bu qiymət 16-25 manatadək dəyişir. Fındıq ləpəsi 8-15 manata satılır. Badam ləpəsi isə 14-25 manatdır. Keşu ləpəsi 26 manat, püstə ləpəsi 18-36 manat, araxis ləpəsi 6-8 manata satılır.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bayram yarmarkası
Bakıda bayram yarmarkası, 16.03.2023 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Bakıda bayram yarmarkası
Qərzəklı badam 4.50-6 manat, araxis 2-6, qoz 2.70 -10 manat, fındıq 5-7 manatdır. Novruz plovu süzmək üçün düyü 3-5 manata satılır. Şabalıd 3,50-10 manat, qaysı 12-20 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manatdır.
Bayram qovurğası qovurmaq üçün buğdanın bir kiloqramı 1 manat 50 qəpikdir. Üzüm yarpağı 3-4 manata satılır. Yarmarkada balın qiyməti 20-50 manat arasında dəyişir.
© Sputnik / Zulfiyya Guluyeva Bakıda bayram yarmarkası
 Bakıda bayram yarmarkası, 16.03.2023 - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Bakıda bayram yarmarkası
Qeyd edək ki, "Kənddən Şəhərə" Novruz yarmarkaları Bakıda aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun "Gənclik" stansiyasının çıxışı);
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı).
Yarmarkadan çıxıb mağazalarda Novruz bayramının atributlarından olan şəkərbura və paxlavanın qiyməti ilə də maraqlanırıq. Mağazalarda 1 ədəd şəkərbura 0,90-1 manat 50 qəpiyə satılır. Paxlavanın bir kiloqramının ortalama qiyməti 18 manatdır.
Xəbər lenti
0